Sürix-Honkonq reysini yerinə yetirən hava gəmisi Bakıda təcili eniş edib
"Cathay Pacific" aviaşirkətinin Sürix-Honkonq reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, qurumun mətbuat xidmətindən bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub (ürək tutması).
"Airbus A350" təyyarəsi yerli vaxt ilə saat 21:29-da Bakı hava limanında uğurla eniş edib.
Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB