Azercell Biznes ölkəninkənd təsərrüfatı sahəsinə müasir texnologiyalar gətirir

Azercell Biznes ölkəninkənd təsərrüfatı sahəsinə müasir texnologiyalar gətirir

Lider mobil operator“Suvarmaya nəzarət sistemi”həllini təqdim edir

Müasir texnologiyaların tətbiqi ilə ölkədə kənd təsərrüfatının inkişafına töhfə verən Azercell Biznes suvarma sistemləri üçün IOT tipli (Əşyaların İnterneti)innovativ həll təqdim edir. Şirkətin yeni “Suvarmaya nəzarət sistemi” həlliböyük sahələrinsuvarma prosesini avtomatik rejimdə uzaqdanidarə etməyəimkan verir.

Azercell-in yeni aqro həlli suvarma prosesini asanlaşdırmaqla yanaşı, sahibkarlara əlavə xərclərdən azad olmağa, əməliyyat vaxtına qənaət etməyədəstək olacaq.Eyni zamanda, innovativ həll avtomatlaşdırılmış idarəetmə proseslərindən faydalanaraq daha çox məhsulun hasilatına və ən əsası, su resurslarından səmərəli istifadə istiqamətində effektiv nəzarətəşərait yaradacaq.

Həm veb, həm də mobil tətbiq vasitəsilə istifadəsimümkün olan bu həllqurğuların elektrik təchizatına, kəsintisiz çalışmasına, vaxtlı-vaxtında işə salınmasına və dayandırılmasına, həmçinin suvarma istiqamətinə məsafədən nəzarət etməyəimkan verir. Bundan əlavə, tətbiq suvarma sisteminin əsas idarəetmə kabelinin mühafizəsini təmin edirvə sisteməkənar müdaxilə cəhdləri barədə istifadəçini məlumatlandırır.

Qeyd edək ki, Azercell Biznes tərəfindən təqdim edilən yeni həll Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası çərçivəsindəkənd təsərrüfatının təkmilləşməsi və rəqəmsallaşmasına öz töhfəsini verəcək. Ölkədə mobil rabitə operatoru tərəfindən ilk dəfə istifadəyə verilən bu həll dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” strateji çərçivələri həyata keçirməyə dəstək olacaq.

Azercell-in “Suvarmaya nəzarət sistemi” yeni aqro həlli haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/corporate/iot/suvarmaya-nezaret-sistemi.html səhifəsinə müraciət edin.

Bütün xəbərlər Facebook səhifəmizdə