Batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən şəxslər xilas edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Fövqəladə Hallar nazirliyi yayıb.

Qeyd olunub ki, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mingəçevir”, "Nardaran-2", “Şirvan”, “Qızılqum”, “Corat”, “Neftçala”, “Şüvəlan”, “Mingəçevir” sularda xilasetmə məntəqəsinin ərazisində və "Qızılqum", “Bilgəh” sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə