Qazançı kilsəsini bərpa etmək və onun əzəmətini qoruyub saxlamaqla Azərbaycan öz sülhsevərliyini göstərir.
SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri müsahibəsində Şuşa Qlobal Media Forumunda iştirak edən “Economyfirst Limited London” şirkətinin direktoru Klaus Jürgens deyib.
O bildirib ki, Azərbaycan bu əraziləri (Qarabağı – red.) məhv etmək və ya talamaq əvəzinə bərpa edərək bütün dünyaya belə vəziyyətdə necə davrandığını göstərir.
“Bu məsələlərə hörmətlə yanaşmaq çox gözəl ideyadır, düzünü desəm, çox təsirləndim”, - deyə K.Jürgens diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB