"Şuşa Forumu medianın inkişafı üçün önəmli bir açardır"

"Şuşa Forumu medianın inkişafı üçün önəmli bir açardır"

Burada yerli və xarici media orqanları öz fikirlərini və məlumatlarını bölüşürlər və müzakirələr aparırlar. Bu, bir ölkənin mediasının inkişafı üçün çox əhəmiyyətlidir və düşünürəm ki, Azərbaycan üçün önəmli bir addımdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş katibi Aleksandr Giboi deyib.

Şuşaya ikinci dəfə səfər etdiyini diqqətə çatdıran Baş katib budəfəki Qlobal Forumun Azərbaycandakı media üçün çox önəmli olduğunu vurğulayıb.

“Medianın inkişafı bilavasitə cəmiyyətin tərəqqisinə təkan verir. Ona görə də hesab edirəm ki, Şuşa Forumu medianın inkişafı üçün önəmli bir açardır”, - deyə Aleksandr Giboi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə