Mən düşünürəm ki, Şuşa Qlobal Media Forumu Azərbaycanın bu gözəl şəhərində öz işini uğurla yekunlaşdıracaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu müsahibəsində Oman Xəbər Agentliyinin Elektron xəbərlər departamentinin direktoru Raşid əl-Kindi “Dördüncü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda söyləyib.
Forumun açılış mərasimində xüsusilə Azərbaycanda investisiyalarla bağlı Prezident İlham Əliyev tərəfindən qaneedici cavabların verildiyini bildirən R. əl-Kindi, həmçinin bir çox məsələlər haqqında maraqlı söhbətlər aparıldığını diqqətə çatdırıb.
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən qonaq deyib: “Burada gördüklərim məndə çox xoş təəssürat yaratdı. Həqiqətən də Şuşanın necə inkişaf etdiyinin şahidi oldum”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB