Bir çox ailələrin və ailə üzvlərinin ən çox mübahisə etdiyi məsələlərdən biri də miras və əmlakdan pay məsələsi olur. Övladlara hər zaman valideynin mülkündən pay düşdüyü hər kəsə məlumdur. Lakin burada da istisna hallar vardır.
Övladlara hansı hallarda vərəsəlik hüququnun verilməməsi barədə vəkil Vüqar Tumasov SİA-ya danışıb: "Mülki Məcəllənin 1137-ci maddəsində övladın ləyaqətsiz vərəsə hesab edilməsi barədə qeyd edilir. Bu maddə birbaşa ləyaqətsiz vərəsələrə aiddir və bu ləyaqətsiz vərəsə miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneçilik törətmiş, bununla da özünün, özünə yaxın şəxslərin vərəsəlik çağrılmasına, miras payının artırılmasına cəhd edib. Vəsiyyət edənin vəsiyyətnamədə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və əxlaqsız hərəkət törətmiş şəxs ləyaqətsiz vərəsə hesab edilir və bu hallar məhkəmə tərəfindən təsdiq edildikdən sonra nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ala bilməz. Ləyaqətsiz hesab edilən vərəsə də mirasa vərəsə ola bilməz. Əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur. Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür".
"Bundan başqa digər hallarda övladlar vərəsə ola bilərlər. Hətta miras qoyan əmlakını başqa insana vəsiyyət etsə belə, həmin əmlakda övladların payı vardır. Məcburi pay deyilən bir anlayışa görə övladlara həmin əmlakdan pay düşür.
Bundan başqa qanunla vərəsəliyi qəbul etmək üçün hökmən notariat kontoruna müraciət etmək lazımdır. Notariat kontoruna müraciət edərkən qanunla müəyyən edilmiş 3 aylıq müddət ötürülməməlidir. 6 ay keçdiyi təqdirsə isə vərəsə tərəfdən mirasın qəbuluna yol verilmir. Mirasın digər qəbulolunma yolu isə vərəsəlik hüququ olan şəxsin həmin əmlak və ya mənzildə yaşamasıdır. Bu halda vərəsə miras əmlakı qəbul etmiş sayılır. Bundan sonra məhkəməyə, notariusa müraciət edərək mirasın qəbul olunması ilə bağlı mübahisə yoxdursa bu halda vərəsəlik haqqında şəhadətnamə verilir və mirası faktiki şəkildə qəbul etmiş sayılır", - vəkil bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB