Yay aylarında hansı qidalardan istifadə edilməlidir? - MÜTƏXƏSSİS AÇIQLADI

Yay aylarında hansı qidalardan istifadə edilməlidir? - MÜTƏXƏSSİS AÇIQLADI

“İsti havalarda orqanizmin suya ehtiyacı artır. Hər bir insan orqanizmi günlük orqanizmin su balansını təmin edəcək qədər su içməlidir ki, bura təmiz su və qəbul edilən meyvə, tərəvəzlərin tərkibindəki maye daxildir. Xüsusilə də mövsümündə olan xiyar, pomidor, göyərtilər və yay meyvələri aiddir. Bir insan orqanizmi üçün standart su miqdarı hər kq-a görə 30 ml hesablanır. Təbii ki, yay aylarında 1-2 fincan şəklində bu miqdarı artırmaq mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, yay aylarında insan orqanizmində maddələr mübadiləsinin sürəti aşağı düşür: “Buna görə də qəbul edilən qidalar həzm oluna bilmir, həzm edilə bilməyən qidalar isə orqanizmə ağırlıq verir. Bu isə bir müddətdən sonra bədəndə mineral maddələrin azlığına gətirib çıxarır. Buna görə də yay aylarında tez həzm edilən və yüngül qidalardan istifadə etməlidir. Eyni zamanda yuxu rejiminə də düzgün əməl edilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə