“Bağça uşaqların həyatında adətən sosiallaşa biləcəkləri ilk məkan rolunu oynayır. Bu baxımdan uşaqların bağçaya getməsi olduqca önəmlidir. Lakin çox erkən yaşda uşaqları bağçaya göndərmək düzgün deyil. Çünki bu zaman valideynlə emisional bağ tam yaradılmadan onlara yeni qapı açmış oluruq. Bu isə uşaqların düzgün inkişafı üçün müsbət hal hesab edilmir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, erkən yaşda bağçaya gedən uçaqlar öz duyğularını ifadə edə bilmir və yaşadıqları narahatçılıqları valideynlərinə izah edə bilmirlər: “Təəssüflər olsun ki, hazırda valideynlərin uşaqları ilə ünsiyyət qurmaması halları ilə çox tez-tez rastlaşırıq. Bu baxımdan bəzən uşaqlar üçün bağça daha maraqlı mühit olur. Çünki bağçada uşağın günü daha maraqlı keçir, müxtəlif zəka inkişafı ilə bağlı oyunlar oynayır və yaşıdları ilə birgə vaxt keçirməyə alışır. Eyni zamanda bağçaya gedən uşaqların qida və yuxu rejimləri də düzgün qurulur. Buna görə də düzgün yaşda uşaqların bağçaya göndərilməsi onların inkişafı və sosiallaşması üçün mühüm addımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB