"Yeni çıxan model telefon ala bilmək üçün kreditə girirlər" - MÜTƏXƏSSİS MÖVQEYİ

"Yeni çıxan model telefon ala bilmək üçün kreditə girirlər" - MÜTƏXƏSSİS MÖVQEYİ

“Hazırda bütün telefon modelləri biri-birinə çox bənzəyir və onların texniki göstəricilərini biri-birindən ayırmaq çox çətindir. Bütün əsas brendlər əsas texniki göstəriciləri demək olar ki, biri-birindən kopyalayır”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.

Onun sözlərinə görə, insanlar hazırda telefon seçərkən, yalnız brendə fikir verirlər: “İnsanlar bir çox hallarda istifadə etmədikləri texnologiyaya görə artıq məbləğ ödəyirlər. Faktiki olaraq bir çox insanlar telefonun əsas parametrlərindən istifadə edir, gerisi ilə maraqlanmırlar. Lakin buna baxmayaraq yeni çıxan model telefonu ala bilmək üçün kreditə belə girirlər. Lakin istifadə etməyəcəyimiz funksiyalara görə bu qədər pul ödəmək təbii ki, mənasızdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə