"Hər kəs bu ayda xeyir işlər görməyə çalışır” - DİN XADİMİ DANIŞDI

"Hər kəs bu ayda xeyir işlər görməyə çalışır” - DİN XADİMİ DANIŞDI

“Məhərrəm ayı Hicri təqvimin birinci ayı, ilin başlanğıcıdır. Bu ayda sülhün, əmin-amanlığın bərqərar olması önəm daşıyır. Xeyirxah əməllərlə yanaşı, bu ayda xüsusilə Peyğəmbər ailəsinin sui-qəsdi olmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, islamşünas Hacı Ağasəid Yaqubov deyib.

Onun sözlərinə görə, İmam Hüseynin Kərbala vaqiəsi bu ayı matəm ayına çevirib: “Məhərrəm ayında hər il Qafqaz Müsəlmanlar İdarəsi Aşura günü ilə bağlı qərar qəbul edir. İnsanlar bədənlərinə xəsarət yetirməyin əvəzinə, müəyyən qan xəstəlikləri ilə bağlı keçirilən qanvermə aksiyalarında iştirak etməyə dəvət olunurlar. Eyni zamanda süfrələr açılır, xəstə insanlara yardım edilir. Hər kəs bu ayda xeyir işlər görməyə çalışır”.

Bütün xəbərlər Facebook səhifəmizdə