Məhərrəmlik ayında hansı əməllər icra olunmalıdır? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

Məhərrəmlik ayında hansı əməllər icra olunmalıdır? - DİQQƏT! - QURUM RƏSMİSİ AÇIQLADI

“Artıq Məhərrəm ayı daxil olub, Ay təqvimində Məhərrəm ayı ilin ilk ayı hesab olunur. Bu ay ikinci xəlifənin zamanında rəsmiləşərək, ilin birinci ayı kimi qeyd olundu”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, Peyğəmbər ailəsinə sevgi və ehtiramla yanaşan insanlar Aşura gününü əzəmətli gün olaraq yad edirlər: “Bu gün də insanlar toy və bu kimi şad mərasimlərini başqa aylara salırlar. Məhərrəm ayını birbaşa olaraq əzadarlıq ayı olaraq anırlar. Məhərrəm ayından sonra isə Səfər ayı daxil olur və şəhidlərin 40 mərasimi də Səfər ayına düşür.

Məhərrəm ayında ehsan vermək, şəhidlərin ruhunu yad etmək, onların xatirəsinə süfrələr açmaq böyük savabdır və bunun böyük mükafatı var. Məhərrəm ayında bu gündən başlayaraq Aşura günü də daxil olmaqla məxsusi tədbirlər keçirilir”.

Bütün xəbərlər Facebook səhifəmizdə