Psixoloqa gedən cütlüklər ilk olaraq nəyin fərqinə varırlar? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

Psixoloqa gedən cütlüklər ilk olaraq nəyin fərqinə varırlar? - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

“Cütlüklər arasında fikirayrılıqları və ya kiçik mübahisələrin olması normaldır. Çünki iki fərqli mühitdə böyünən, fərqli tərbiyə və dünyagörüşü olan insanın bərabər həyat yaşamağa başladıqdan sonra biri-birlərinə alışması müəyyən zaman alır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, cütlüklər aralarındakı mübahisələrin nədən qaynaqlandığını anlamadıqda, artıq psixoloqa müraciət edib, faydalanmalıdırlar: “Təbii ki, hər problemdə terapistə müraciət etmək də düzgün deyil. Qeyd etdiyim kimi, mübahisələr kiçik və böyüklüyünə görə fərqlənir. Məhz təkrar eyni mövzu ətrafında dəfələrlə problem yaşanırsa, bunun psixoloqa ehtiyac olduğunu göstərir.

Psixoloqa gedən cütlüklər, ilk növbədə, nə baş verdiyinin fərqinə varırlar. Təbii ki, bu da məsələnin daha tez bir zamanda həll edilməsinə səbəb olur.

Ümumiyyətlə, hər hansısa problemi həll etmək ilk öncə insanın öz konkret qərarından asılıdır. Buna görə də terapistə getməmişdən öncə də həqiqətən problemi həll etmək istədiklərindən əmin olmalıdırlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə