“Son 10 il ərzində qeydə alınan nikahların sayı 21.7 faiz azalıb. Bununla bərabər boşanmaların sayında isə 44.2 faiz artıb olub”. SİA xəbər verir ki, bu sözləri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq zamanı deyib.
Onun sözlərinə görə, bu rəqəmlər kifayət qədər narahatedicidir: “Lakin nəzərə almalıyıq ki, pandemiya da bu statistikaya səbəb olur.
2022-ci il üzrə nikah sayında 100 nəfərə 6.1, boşanmalar isə 1.1 faiz olub. Bu rəqəmlər bizi qane etmir. Ailələrin möhkəm və sağlam olması üçün çalışmalıyıq ki, ailələr sağlam, dövlətimiz də möhkəm olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB