“Qanunlarla yanaşı cəmiyyətin də qınağı olmalıdır” - QURUM RƏSMİSİ

“Qanunlarla yanaşı cəmiyyətin də qınağı olmalıdır” - QURUM RƏSMİSİ

“Keçdiyimiz ildə ana bətnində məhv edilən qız uşaqlarının sayına görə də Azərbaycan ilk sırada olsa da, bu il artıq statistikada ilk sıranı əldən vermişik.Təbii ki, bu sahədə xüsusi proqramlar var, aiddiyyəti qurumlar işlərini davam etdirirlər. Lakin bu istiqamətdə maarifləndirmə işi bizim üzərimizə düşür”. SİA xəbər verir ki, bu sözləri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq zamanı deyib.

Onun sözlərinə görə, ailə tərbiyəsi, cəmiyyətdəki fərqli yanaşmalar məhz ana bətnində qız övladlarının məhv edilməsini doğurur: “Bütün qanunlar, sənədlər, görülən maarifləndirmə işlərindən əlava biz öz düşüncəmizə nəzər salmalıyıq. Cəmiyyətin özünün bu məsələdə qınağa ehtiyacı var. Əks təqdirdə problemin öhdəsindən çətin ki, gələk”.

Bütün xəbərlər Facebook səhifəmizdə