“Altı qanunda dəyişiklik edilib” - Bahar Muradova

“Altı qanunda dəyişiklik edilib” - Bahar Muradova

“Keçdiyimiz müddət ərzində bir sıra qanun layihələrinə dəyişikliklər həyata keçirilib. Belə ki, 4 məcəllədə 6 qanunda dəyişiklik edilib”. SİA xəbər verir ki, bu sözləri Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq zamanı deyib.

Onun sözlərinə görə, 16 dövlət prorqamı üzrə fəaliyyət yerinə yetirilib: “Sosial media siyasətində digər qurumlardan fərqlərimiz daha çoxdur. Çünki bizim daxil olmadığımız demək olar ki, həssas ailələr, qruplar yoxdur. Bunlar barəsində də daimi olaraq mətbuata məlumatlar verilir.

QHT-lərlə iş bizim fəaliyyət istiqamətlərimizdən birini təşkil edir. Keçən 6 ay ərzində yeni ictimai şuraya seçkilər keçirilib. Bu seçkilərə 329 seçici qatılıb, 39 nəfər namizədliyini irəli sürüb və onlardan 11 nəfər üzv seçilib. Şura artıq işinə başlayıb. Keçən 6 ay ərzində 6 QHT təşkilatı ilə 12 təlim, tədbir və konfranslar keçirilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə