“Uşaq hüquqları haqqında" yeni qanun layihəsi üzərində işi başa çatdırmışıq” - SƏDR DANIŞDI
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi əsasnaməsi və illik fəalliyyət planında nəzərdə tutulan tapşırıqlar üzrə işini davam etdirib. İlk növbədə gender, ailə, qadın və uşaq məsələlərinin həll edilməsində mühüm işlər görülüb. Hazırda 6 qanun layihəsi hazırlanıb və 5 sənəd müxtəlif qurumlara rəy və təkliflər üçün göndərilib”. SİA xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitənin 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq zamanı deyib.
Onun sözlərinə görə, “Uşaq hüquqları haqqında” yeni qanun Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb: “Bu istiqamətdə layihə üzərində işi başa çatdırmışıq, layihə rəy və təkliflər üçün digər qurumlara göndərilib. Yaxın zamanda razılaşdırılaraq Milli Məclisə təqdim olunmasının şahidi olacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB