Allahşükür Paşazadəyə yeni müavin təyin olunub

Allahşükür Paşazadəyə yeni müavin təyin olunub

Qafqaz Müsəlmanları İdarəsi sədrinə yeni müavin təyin olunub. SİA-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Bəxtiyar Nəcəfov təyinat alıb.

Bununla da Şeyxülislam Allahşükür Paşazadənin müavinlərinin sayı 6-ya çatıb.

B.Nəcəfov bundan əvvəl müxtəlif məscidlərdə imam kimi çalışıb.

Hazırda sədrin I müavini Salman Musayev, müavinləri isə Sabir Həsənli, Fuad Nurullayev, Qəmər Cavadlı və Rəşad Əliyarlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə