Hansı restoranlarda Çin duzundan istifadə edirlər? - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI

Hansı restoranlarda Çin duzundan istifadə edirlər? - DİQQƏT! - MÜTƏXƏSSİS AÇIQLADI

"“Fast-fud" (fast food) qidalar, qızardılmış qidalar, qazlı və rəngli içkilər, paketlənmiş, şəkərli qidalar insan orqanizmində həm xəstəliklərə səbəb olur, həm də asılılıq yaradır”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bu cür qidaların asılılıq yaratmasının əsas səbəblərindən biri onlarda istifadə olunan sintetik mənşəli maddələrdir: “Bu birbaşa olaraq ağızda ənənəvi dad reseptorlarını korlayır və yeni bir dad yaradır. Bu zaman orqanizm yalnız həmin qidaları tələb edir. Bu cür qidalar orqanizmin makro, mikro maddələr və minerallara olan tələbini ödəmir.

Bu gün restoran və kafe şəbəkələrinin demək olar ki, 90 faizində sintetik mənşəli Çin duzundan istifadə edirlər. Təbii ki, bu da birmənalı olaraq orqanizmdə öz zərərlərini göstərir və doyma siqnalını tamamilə məhv edir. Davamlı olaraq qəbul edilən bu cür qidalar daxili orqanların funksiyasını pozur, piylənməyə səbəb olur. Buna görə də bu tip ayaqüstü qidalardan uzaq durmaq və orqanizmimizin təbii balansını qorumalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə