2023-cü ilin yanvar-iyun aylarında işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 9697 ton ət, 72091 ton süd istehsal olunub.
SİA Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 551 ton, süd istehsalı isə 5.2% və ya 3582 ton artıb.
Qeyd edək ki, ən çox ət və süd Ağdamda rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda rayonunda 2549 ton ət, 22458 ton isə süd istehsal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB