Bakı yağışlı havaya hazırdır? - QURUM RƏSMİSİ AÇIQLADI

Bakı yağışlı havaya hazırdır? - QURUM RƏSMİSİ AÇIQLADI

“Artıq dünən bizə hava ilə bağlı rəsmi məlumat gəlmişdi. Havanın bəzi yerlərdə leysan xarakterli olacağı bildirilmişdi”. Bu sözləri SİA-ya açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, ən çox yağıntı Abşeron, Yasamal, Binəqədi və Nərimanov rayonları ərazisinə düşdü: “Qəza briqadalarımız axşamdan hazır idilər. Yağış davam etdiyi müddətdə ərazilərdə oldular və bu müddət ərzində hər hansı bir yağış barmaqlığında, baxış quyusunda problem baş verdiyi halda dərhal müdaxilə edildi. Hazırda isə ciddi bir fəsad yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə