“Taxılın ucuzlaşması sevindirici haldır” - DEPUTAT FİKİR BİLDİRDİ

“Taxılın ucuzlaşması sevindirici haldır” - DEPUTAT FİKİR BİLDİRDİ

“Taxılın ucuzlaşması təbii ki, qiymətlərə öz təsirini göstərəcək. Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə taxıl qida rasionunun əsasını təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə insanlar un məmulatlarından olduqca çox istifadə edir: “Bu baxımdan taxılın ucuzlaşması ümumilikdə qiymətlərin aşağı düşməsinə təsir göstərəcək.

Əvvəlki dövrlərdə un və çörəyin qiymətinin qalxacağı fikirləri baş almışdı. Lakin son xəbərlər göstərdi ki, taxılın qiyməti düşüb və sevindirici haldır. Bu ümumilikdə ölkəmizdə qida təhlükəsizliyinə də öz töhvəsini verəcək. Eyni zamanda vətəndaşların əsas qida ehtiyaclarından birini təşkil edən taxılın ucuzlaşması bu prosesə birmənalı olaraq müsbət təsir göstərəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə