“Bəzən əhalinin düşünən hissəsi 7-8 faizə qədər azalır“ - SOSİOLOQ DANIŞDI
“Sosial psixologiya əhalinin böyük bir hissəsinin hər zaman yamsılamağı sevdiyi fikri var. Nümunəvi cəmiyyətdə 20 faizə qədər adamda düşünmək, öz qərarlarını verməyə meyil olur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Onun sözlərinə görə, bu illər boyu apardığı araşdırmalar göstərib ki, müxtəlif zamanlarda bu faizlər dəyişir: “Bəzən əhalinin düşünən hissəsi 7-8 faizə qədər azalır. Bunu sırf öz tədqiqatlarımda müşahidə etmişəm. İnsanlar adətən üstün gördükləri adamları yamsılayır, hərəkətlərini təkrarlamağa çalışırlar. Azərbaycan cəmiyyətində son 10 il ərzində Avropa ilə əlaqələr artdı. Avropada isə tatu etdirmək aktual hal almışdı. Ölkəmizin gənclərinin bir çoxu isə avropalıları daha üstün tutduqları üçün onları təkrarlamağa başladılar. Milli dəyərlərin azaldığı cəmiyyət zəifləyir və təkrarçılığa meyilli olur. Tatu etdirməyin ölkəmizdə geniş vüsət almasının əsas səbəbi məhz cəmiyyət içərisində dəyərlərimizin yetərincə təbliğ edilməməsi olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB