Laçına daha 23 ailə köçürülüb

Laçına daha 23 ailə köçürülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, iyulun 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə - 85 nəfər köçürülüb.

Bununla da Laçın şəhərində 93 ailə, yəni 351 nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə