"Həmin sahə sənədlərdə qaraj kimi göstərilibsə..." - QURUM RƏSMİSİ AÇIQLADI
“2019-cu ilə qədər mənzil-tikinti kooperativləri (MTK) tərəfindən inşa olunan qarajın birmərtəbəli olduğu çoxmənzilli binaların müvafiq sənədlərində bu texniki mərtəbə kimi göstərilib”. Bu sözləri SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, bu məsələ mübahisəlidir: “Əgər binanın layihəsində qaraj sahəsinin yerləşdiyi ərazi texniki mərtəbə kimi göstərilibsə, bu mənzil məcəlləsinin 35-ci maddəsinə görə sahə mülkiyyətçilərinin ümumi əmlakı sayılır. Lakin həmin sahə sənədlərdə qaraj kimi göstərilibsə, bu zaman sakinlərin qarajla bağlı iddiaları bir qədər əsassız hesab olunur. Bu mənada məsələləri dəqiqləşdirmək lazımdır. Çünki 2019-cu ildən qəbul edilən normalarda qaraj sahəsi bir mərtəbədən artıq nəzərdə tutulursa, həmin sahələrə görə ödəniş edilmir.
Sakinlərin bu məsələ ilə bağlı problemlərinin həll edilməsi üçün konkret olaraq sənədlərə baxmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB