Nikahların sayı azalıb, boşanmaların sayı artıb

Nikahların sayı azalıb, boşanmaların sayı artıb

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk beş ayında 19381 nikah və 9040 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,6-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə