“Ata və ana uşaq üzərində eyni təsirə malik olmalıdır” - PSİXOLOQ DANIŞDI
“Adətən ərköyün uşaqlar evin tək uşaqları olurlar. Bu uşaqlar davranış pozuntuları özünü göstərir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, aşağı yaşlı uşaqlar bir çox hallarda deyilən hər şeyin əksini etməyə çalışırlar: “Yuxarı yaşlı uşaqlarda isə bu xüsusiyyətlər özünü məktəbə getməmək, dərslərini oxumamaq kimi göstərir. Eyni zamanda ərköyün uşaqlarda digər uşaqlarla da bir çox hallarda yola getmirlər.
Bu mövzuda valideynlərin də yükü çoxdur. Çünki uşaq ərköyün böyüyürsə, deməli valideyn düzgün tərbiyə metodundan istifadə etmir. Uşaqlarla münasibətdə həm cəza, həm də mükafatlandırma üsulundan istifadə edilməlidir. Lakin hər ikisinin həddini bilmək lazımdır. Əks təqdirdə verilən böyük cəzalar uşaqlarda daha böyük aqressiyaya səbəb olur. Ata və ananın sözü bir olmalı və uşaq üzərində eyni təsirə malik olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB