“Servis haqqı tələb edən restoranlar müştəriyə öncədən məlumat verməlidir” - İQTİSADÇI DANIŞDI

“Servis haqqı tələb edən restoranlar müştəriyə öncədən məlumat verməlidir” - İQTİSADÇI DANIŞDI

“Restoranlarda öz xidmət və məhsuluna qiymət təyin etmək restoranların haqqıdır. Burada qanunsuz heç bir şey yoxdur. Eyni zamanda restoranların müəyyən faizlə servis haqqı tələb etmələrində heç bir hüquq pozuntusu yoxdur. Lakin servis haqqı tələb edən restoranlar qonaqlarına xidmət göstərməzdən öncə meynu üzərindən və ya fərqli formada servis haqqı ilə bağlı dəqiq məlumat verməlidir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, əsas önəmli məsələ müştərinin öncədən məlumatlı olmasıdır: “Servis haqqı alınan zaman ödənilən faizlə bağlı isə qanunvericilikdə heç bir göstərici yoxdur. Qeyd etdiyim kimi, əsas məsələ servis haqqı ilə bağlı məlumat verilməsidir. Əks təqdirdə isə qanun pozulur və müştəri bunu ödəməyə bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə