Şəhid Əli Seyidovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə turnir keçirilib
11 iyul 2023-cü il tarixində Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Arenasında şəhid Əli Seyidovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə turnir keçirilmişdir. Tədbirdə şəhid ailələri, qazilər, şəhidin anası Lalə Seyidova, Milli Məclisin deputatı Rauf Əliyev və ictimayyətin nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Şəhidin anası Lalə Seyidova, Milli Məclisin deputatı Rauf Əliyev və digər ictimayyət nünayəndələri cəsur döyüşçü olmuş Əli Seyidovun həyat yolundan və torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışmışlar.
Qeyd etmək lazımdır ki, kəşfiyatçı çavuş rütbəsində xidmət edən şəhid Seyidov Əli Rahim oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovşanın azadlığı uğrunda”, “Ağdamın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” müdalları ilə təltif olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB