"Azərbaycanda İT sahəsinin inkişafı məsələsi önəmlidir" - MÜTƏXƏSSİS AÇIQLADI

"Azərbaycanda İT sahəsinin inkişafı məsələsi önəmlidir" - MÜTƏXƏSSİS AÇIQLADI

“Azərbaycanda texnoloji inkişaf istiqamətində uzun müddətdir iş görülür və bu istiqamətdə Azərbaycanın strategiyası mövcuddur. Lakin bu strategiya son illərdə daha da təkmilləşdirildi. Əgər dövlət qurumları arasında əvvəllər biri-biri ilə əlaqəsi olmayan texnologiya inkişaf etdirilirdisə, hazırda bu proses əlaqələndirmə əsasında aparılır”. Bu sözləri SİA-ya açıqlamasında İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.

Onun sözlərinə görə, bu isə Azərbaycanın bu sahədə çəkdiyi xərclərin azalmasına və optimallaşmaya səbəb olacaq: “Eyni zamanda müxtəlif sistemlərin biri-birinə inteqrasiyası baş tutacaq. Digər bir tərəfdən ifrastrukturun inkişafı da mühüm rol oynayır. Bir neçə il öncə yalnız Bakıda yüksək sürətli internetdən istifadə edə bilirdiksə, hazırda bu proses bütün regionları əhatə edir. Bildiyimə görə 2024-cü ildə artıq Azərbaycanın bütün regionlarında geniş zolaqlı internet olacaq. Keçən illə müqayisədə bu il beynəlxalq nəticələrdə internetin orta sürətinə görə Azərbaycan daha da irəliləmişdir.

Azərbaycanda İT sahəsinin inkişafı məsələsi də önəmlidir. Ölkəmizdə aqrar sektordan sonra ikinci İT sektorudur ki, ona davamlı və sistemli vergi güzəştləri tətbiq edilir. Hazırda proqram təminatı sahəsində fəaliyyət göstərən şirkətlər yüksək texnologiyalar parkında qeydiyyatdan keçərsə, vergilərdən 10 il müddətinə azad edilirlər. Öz məhsullarımızın xarici ölkələrə uğurla ixrac edilməsi üçün isə daha da inkişaf əldə etmək baxımından müxtəlif ölkələrin təcrübələrini öyrənə bilərik”.

Bütün xəbərlər Facebook səhifəmizdə