Azad edilmiş ərazilərdə aşkarlanan partlamamış hərbi sursatların sayı

Azad edilmiş ərazilərdə aşkarlanan partlamamış hərbi sursatların sayı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ANAMA-dan bildiriblər ki, iyulun 3-dən 8-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 19 mina və 39 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 271,82 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə