Çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

Çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Sabirabad” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində xilasetmə əməliyyatı həyata keçirib.

SİA-nın Fövqəladə Hallar Nazirliyindən əldə etdiyi məlumatda bildirilib ki, əməliyyat nəticəsində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə