Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti fevral ayında Krımda dəmiryolunu partlatmağa cəhd edən Simferopol sakinini saxlayıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ukrayna xüsusi xidmət orqanlarının rəhbərliyi altında fəaliyyət göstərən terrorçu, həm də bu xidmətin fəallarından olub.
“İzvestiya”nın müxbiri Sergey Xaydarovun yazdığına görə, tutulan şəxs bombanı necə yığdığını və onun üçün komponentlərini harada gizlətdiyini ətraflı danışıb.
Qeyd edək ki, bundan əvvəl cinayətkar barəsində təxribatla bağlı cinayət işinin artıq başlanıdığı barədə məlumat verilmişdi.
Rusların yazdığına görə, Kiyev rejimi ilə əməkdaşlıq etdiyini etiraf edən terrorçu, hazırda həbsdədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB