İşçinin məzuniyyət ödənişi necə hesablanmalıdır? - AYDINLIQ GƏTİRİLDİ
Bir çox hallarda insanlar işdən ayrılarkən məzuniyyət günlərindən istifadə edə bilmədiklərini və buna görə ödəniş almadıqlarını deyirlər. Bəs görəsən, bu məsələ qanunla necə tənzimlənir? 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı necə hesablanmalıdır?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov məsələ ilə bağlı SİA-ya bildirib ki, burada iki hal mövcuddur: “Birincisi, işçinin əmək məzuniyyətindən istifadə etmək hüququ altı ay işlədikdən sonra yaranır. Lakin işəgötürənin buna razılığı olmalıdır. Belə olan halda ona məzuniyyət üçün ödəniş tam il ərzində işləmiş şəkildə verilir. İşçi sonrakı dövrdə işləməlidir ki, götürdüyü məzuniyyətin əvəzini ödəmiş olsun. Əgər məzuniyyət götürdükdən sonra 1 il tamam olmamış işdən çıxırsa, sonda haqq-hesab zamanı müəyyən vəsaiti geri qaytarmalıdır. İkincisi, bir işçi altı aydan az bir müddət işlədikdən sonra əgər onun əmək müqaviləsinə xitam verilirsə, bu halda ona məzuniyyət üçün kompensasiya verilməlidir. Məsələn, işçi 15 gün işləyibsə, bu bütöv ay olaraq hesablanmalıdır. Çünki yarım aylar işçinin xeyrinə olaraq bütöv hesablanır. Bu halda isə işçiyə işlədiyi günlər hesablanaraq məzuniyyət haqqı ödənməlidir”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB