2023-cü ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 33,05% artıb.
Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Beləliklə, ötən ilin iyun ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 347,3 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 462,1 manat təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB