"Tik-Tok son zamanlarda tətbiq etdiyi yeniliklərlə daha çox auditoriya rəğbəti qazanmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında texnoloq Fərhad Mirəliyev deyib.
Bundan hansı yeniliklər tətbiq oluna bilər və ya tətbiq olunması arzuolunandır məsələsinə gəldikdə isə texnoloq bir sıra təklif irəli sürüb:
"Məzmun nəzarəti sistemi – hamı razılaşır ki, Tik-Tokda yerləşdirilən bayağı məzmunların həcmi kifayət qədər nəzərəçarpandır. Bu məzmunlar bəzi istifadəçilərdə ikrah hissi oyadır, hətta, bəziləri bu sosial şəbəkənin bağlanması tərəfdarı kimi çıxıç edirlər. Məzmuna nəzarət sistemi təkmilləşdirilərsə bu, qeyri-normativ leksikanı, söyüş və qeyri-etik məzmunları daha tez aşkarlamağa və ya yüklənmə mərhələsində müəyyən etməyə imkan yaradar. Xüsusən canlı yayımlarda bu sarıdan ciddi boşluqlar görünür.
Süni intelektin tətbiqi – mextəlif formalarda istifadəçilər ilə interaktiv təmasların yaradılmasına təkan ola bilər. Təxmin edilir ki, bu və ya digər formada süni intellekt fərdi tövsiyələr təqdim etmək, istifadəçi sorğularına cavab vermək və istifadəçiləri platformada problemsiz yönəltmək işində xeyli faydalı ola bilər
E-ticarətin tətbiqi - bizneslər üçün bu platformaya axın etməyə səbəb ola bilər. Müxtəlif elektron ticarət platformaları olmasına baxamayaraq, xeyli sayda istifadəçi sayına malik platforma müxtəlif bizneslərin inkişafına təkan verə bilər. Həmçinin Tik-Tok üçün də əlavə gəlir imkanları yaranar.
Təkmil axtarış sistemi – istifadəçi məmnuniyyətinə təsir edə biləcək funksionallıqdır. İnsanların onlayn məlumat axtarma üsulu hər ötən gün dəyişir. İnsanlar məhsullar almaq və ya asudə vaxtlarını keçirmək üçün məlumat axtararkən hələ də standart Google axtarışlarını yerinə yetirirlər. Bütün bunları Tik-Tokda cəmləmək olar.Araşdırmaya görə, Z nəslindən sayılan veb istifadəçilərinin təxminən 40 faizi məlumat və ya bizneslə bağlı məsləhətlər üçün Instagram və ya TikTok kimi sosial media platformalarına müraciət etməyi üstün tuturlar.
Musiqi – Sirr deyil ki bir çox musiqilər Tik-Tok vasitəsi ilə populyarlaşır və rəğbət qazanır. Demək ki, Tik-Toku musiqi platformasına da çevirmək olar. Son araşdırmalara görə, TikTok istifadəçilərinin 75 faizindən çoxu platforma vasitəsilə yeni musiqi və ya sənətçilər kəşf etdiklərini bildirir. Bütün bunları planlaşdırılmış şəkildə elektron musiqi satış platforması kimi təqdim etmək olar".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB