“Çoxmənzilli binalarda keyfiyyət məsələsi bu gün üçün böyük sual yaratmır” - QURUM RƏSMİSİ DANIŞDI
“Bakıda baş verən zəlzələnin binalara təsiri məsələsi indiki halda doğru yanaşma deyil. Çünki zəlzələ zəif gücdə qeydə alınıb və bu zəlzələnin dağıntıları səbəb olması inandırıcı deyildi”. Bu sözləri SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
Onun sözlərinə görə, ümumilikdə FHN-nin açıqlamasından da görünür ki, Azərbaycanda çoxmənzilli binalarda keyfiyyət məsələsi bu gün üçün o qədər də böyük sual yaratmır: “Çünki keçmiş illərdə bu istiqamətdə olan problemlər tədricən qalxmaqdadır. Tikinti şirkətlərinin məhz keyfiyyətlə bağlı hər hansı problemə səbəb olacaqlarını düşünmürəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB