“Kaktus ağaclarının olduğu ərazidə nəzarət kameraları var“ - QURUM RƏSMİSİ AÇIQLADI

“Kaktus ağaclarının olduğu ərazidə nəzarət kameraları var“ - QURUM RƏSMİSİ AÇIQLADI

“Dənizkənarı Bulvar İdarəsi öz səlahiyyəti çərçivəsində mümkün olan bütün tədbirləri görür. Təkcə kaktusların olduğu ərazi deyil, digər dekorativ ağac və güllərin olduğu ərazilər də mühafizə olunur”. Bu sözləri SİA-ya açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva deyib.

Onun sözlərinə görə, dənizkənarı bulvar böyük bir ərazidir və müxtəlif insanlar gəlir: “Təbii ki, onların hər birinə nəzarət etmək qeyri-mümkündür.

Kaktus ağaclarının olduğu ərazidə nəzarət kameraları var. Mütəmadi olaraq kameralara baxış keçirilir və kaktus ağaclarına kimin zərər yetirdiyi müəyyənləşir. Dənizkənarı Bulvar İdarəsi kaktus ağaclarının olduğu ərazini genişləndirir və onlara əlçatmaması üçün mümkün olan bütün tədbirlər görülür. Lakin bununla bərabər vətəndaşlar da məhsuliyyətli olmalı, hərəkətlərini dərk etməlidirlər”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə