Bina evləri zəlzələ zamanı nə dərəcədə təhlükəlidir? - EKSPERT AYDINLIQ GƏTİRDİ
İki gün öncə Bakıda baş vermiş zəlzələ və daha əvvəl Türkiyədə minlərlə insanın ölümünə səbəb olmuş zəlzələdə minlərlə yaşayış binasının dağılması Azərbaycanda da insanların bina evlərində yaşamaqdan qorxmasına və təşvişə düşməsinə səbəb olub. Bəs bina evləri zəlzələ zamanı nə dərəcədə təhlükəlidir?
Bu barədə daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov SİA-ya açıqlama verib: "Son baş verən zəlzələdən sonra seysmik baxımdan baş verəcək problemlər aktual olub. Əslində, yeni tikilmiş binalarda bu kimi problemlər yoxdur. Çünki həmin binalar 2007-ci ildən sonra FHN-nin Tikintiyə Nəzarət Agentliyinin ciddi nəzarəti altında inşa olunur, dövlət tərəfindən istismara qəbul olunur".
O, qeyd edib ki, istisna hallar da var və həmin evlər yaşayış üçün təhlükəli sayılır: "İstisna hallar 60-ya yaxın binadır ki, onlar istismara qəbul edilməyib və həmin binalarda yaşayış var. O ki qaldı köhnə yaşayış fonduna, 1970-ci illərdən öncə inşa olunmuş yaşayış fondu istismar müddəti bitdiyinə görə qismən yararlı, qismən təhlükəli və yararsız sayılır. Çünki o vaxtı inşa olunan binaların istismar müddəti orta hesabla 40-50 il üçün nəzərdə tutulub. Lakin həmin evlərin bu gün nə dərəcədə təhlükəli olub-olmaması ilə bağlı hansısa bir komissiya olmadan ümumi rəy vermək olmaz. Yalnız bir rəy var. Bu barədə birinci mikrorayonda FHN təhlil aparıb. Orada olan 1700-dən çox sakinin yaşadığı 40-a yaxın binalar var və həmin binalara artıq FHN-nin müvafiq sınağından və yoxlamalarından sonra rəy verilib və Nazirlər Kabinetinin qərarı ilə həmin birinci mikrorayonda olan 5 mərtəbəli binalar yaşayış üçün qismən təhlükəli və az yararlı və ya yararsız hesab edilir. Başqa ölkələrdə bu kimi 5 mərtəbəli binalarla bağlı dövlət tərəfindən hələki heç bir qəti rəy yoxdur. Bəzi binaların xüsusi qeydiyyata alınması kimi istisna hallar ola bilər. Amma şəhər və rayonlarda neft ərazilərində tam qəzalı və ya qismən qəzalı çox mənzilli binalar var və o binalarda yaşamaq təhlükəsiz sayılmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB