"Daha çox ciddi məsələlər müzakirə edilməlidir" - Fazil Mustafa

"Daha çox ciddi məsələlər müzakirə edilməlidir" - Fazil Mustafa

"Bu gün Azərbaycanda niyə cəmiyyət müğənninin Azərbaycan Yazışçılar Birliyinə üzv olmağını, Söyüdlü hadisələrini, şəmkirli iş adamının 250 min dollara müğənni gətirməyini müzakirə edir? Daha çox ciddi məsələlər müzakirə edilməlidir". SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

Deputat xatırladıb ki,elm və təhsil naziri dərslərin sentybarın 1-dən başlaması ilə bağlı çıxış etmişdi: "Bax bu, ciddi məsələ idi, amma müzakirələr dayandı. Bunun səbəbələrini müzakirə etmək lazımdır”.

Deputat bildirib ki, Böyük Britaniyanın "World University Ranking" nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib: “Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet (2022-ci ildə - 16 universitet) daxil olub. Bu, ciddi düşünüləsi məsələdir”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə