“Ənənəvi sosial şəbəkələr insanlara “vaxt öldürmək” imkanı verir“ - MÜTƏXƏSSİS AÇIQLADI
“Müasir dövrdə sosial şəbəkələr müəyyən təkamül yolu keçib. Biri-birinin ardınca yaranan sosial şəbəkələr ilk zamanlarda ünsiyyət vasitəsi idisə, son dövrlərdə yeni bir trend yaranıb. Bu isə ixtisaslaşmış sosial şəbəkələrdir”. Bu sözləri SİA-ya açıqlamasında İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib. Onun sözlərinə görə, ənənəvi sosial şəbəkələr insanlara “vaxt öldürmək” imkanı verir: “Lakin bunların xaricində iki sosial şəbəkəni xüsusi olaraq qeyd etmək istəyirəm. Çünki onlar adi ünsiyyətdən kənara çıxır. Bunlardan birincisi “Linkedln”-dir. Bu sosial şəbəkə yaradıldığı ilk gündən məhz biznes, karyera qurmaq sahəsində fəaliyyət göstərmək istəyənlərə ünvanlanıb. İnsanlar burada tərcümeyi-hal formasını öz profillərinə yerləşdirirlər.
Bununla yanaşı “İnstagram” hazırda qlobal olaraq orta və kiçik biznes üçün marketinq sahəsində öz məhsulunu satmaq baxımından effektiv alətə çevrilib. Eyni zamanda müxtəlif sahələr üzrə ixtisaslaşmış şəxslərin bu sosial şəbəkə üzərindən profil yaratmaqları da yeni trendlər sırasındadır. Bunlar müxtəlif sahələr üzrə çalışan şəxslərin öz aralarında ünsiyyət qurması, fikir mübadiləsi aparmasına imkan verir. Mənim zənnimcə bu trend daha sürətlə inkişaf edəcək və insanlar artıq məhz öz ixtisas sahələri üzrə sosial şəbəkələrə üz tutacaqlar.
Sosial şəbəkələrin ən mənfi cəhəti isə vaxtın sürətli keçməsidir. Eyni zamanda hazırda sosial şəbəkələr insanlar arasında real ünsiyyətin qarşısını alır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB