Yay fəslinin gəlməsi ilə məktəblər və universitetlərdə tətil olur, iş yerlərində isə məzuniyyətə çıxırlar. Buna görə də yayda ən aktual mövzulardan biri də tətili harada keçirməklə bağlı olur. Tətili necə keçirmək isə əlbəttə zaman, imkanlar və büdcədən asılıdır. Bəs paytaxt sakinləri bu yay tətillərini harada keçirəcəklər? SİA mövzu ilə bağlı onlar arasında sorğu keçirib.
Paytaxt sakini Fərzəli Rəhim: "Əlbəttə, hər kəs yayda yaxşı yerdə istirahət etmək istəyər. Çox adam xaricə istirahətə üz tutsa da, mən çalışıram ki, tətili öz vətənizimdə, gözəl səfalı yerlərimizdə keçirim. Yaxın aylarda məzuniyyətə çıxandan sonra tətilimi Lerik rayonunda dostlarımla bir yerdə keçirməyi planlayıram".
Paytaxt sakini Emin Qaripulin: "Yay tətilimi Türkiyədə keçirməyi planlaşdırıram. Azərbaycan rayonlarından Qəbələ və
Quba kimi yerlərdə istirahət etməyin xərci Türkiyədə istirahət etməklə bərabər olur. Məsələn, İsmayıllıda qiymətlər büdcəyə uyğundur. Tətilimi həmçinin Lerik, Masallı kimi rayonlarda da keçirməyi planlaşdırıram. Lakin xarici ölkəyə getmək daha maraqlıdır çünki fərqli insanlarla qarşılaşırsan".
Tələbə Sədrəddin Feyziyev: "Mən Bakıya ali təhsil almaq üçün Cəbrayıl rayonundan gəlmişəm. İkinci kurs tələbəsiyəm. Bu yayı istirahət etməyi yox, Bakıda qalıb işləməyi planlaşdırıram".
Tələbə Nahid Feyziyev: "Mən də Bakıya ali təhsil almağa gəlmişəm. Birinci kurs tələbəsiyəm. Yay tətilində Bakıda
qalıb işləyəcəyəm".
Paytaxt sakini Məhluqə Həsənova isə hələ də imtahanlara hazırlaşır: "İstirahət etmək üçün əlbəttə ki, maddi imkanlar lazımdır. İmtahanları başa vurduqdan sonra isə yay tətilini ailəmin qərarı ilə seçdikləri yerdə - məsələn, Gürcüstanda keçirəcəyəm".
Azərbaycana Pakistandan turist kimi səyahət edən Amir və ailəsi isə yay tətilini Bakıda keçirir. Onlar Bakını çox bəyəndiklərini deyirlər. 
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB