Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 1 nəfər sağalıb, 1 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 831 954 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 661 nəfər müalicə olunaraq sağalıb, hazırda 9 aktiv xəstə var. Bu günə qədər 10 284 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1610, bu günə qədər isə ümumilikdə 7 644 889 test icra olunub.
Ölkədə son sutka ərzində 124 vaksin vurulub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 544 olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB