"Valideynlər ağıllı və savadlı bir uşaq böyütməklə yanaşı..." - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ
“Bir uşağın şəxsiyyət kimi formalaşması öncə ailədən, sonra isə onu əhatə edən cəmiyyətdən başlayır. Cəmiyyətin rolu kifayət qədər olsa belə, uşaq bütün yenilik və dəyişiklikləri ilkin gördüyü tərbiyə və dünyagörüşünə uyğun qəbul etməyə başlayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, uşaqda bütün doğru və yanlışlar 7 yaşına kimi formalaşır və uyğun hərəkət edir: “Buna görə də uşağın şəxsiyyət kimi formalaşa bilməsi üçün öncə nümunə görməlidir. Təbii ki, bu da birbaşa valideynlərlə əlaqədardır.
Ümumiyyətlə uşağın şəxsiyyət kimi böyüdülməsi olduqca ciddi bir məsələdir. Valideynlər ağıllı və savadlı bir uşaq böyütməklə yanaşı, onun cəmiyyət içərisində şəxsiyyət kimi formalaşmasına da öz dəstəklərini verməli, xüsusi diqqət ayırmalıdırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB