“Şəkərli diabet xəstələri üçün günəşli havalar risklidir” - DEPUTAT DANIŞDI
“Günəş şüalarının birbaşa təsir etməsi həm ultrabənövşəyi şüaların aktivliyi baxımından, həm də xroniki xəstəlikləri olan insanların orqanizmində müəyyən dəyişikliklərə səbəb olur. Belə ki, ürək-damar xəstəlikləri, şəkərli diabet xəstələri üçün günəşli havalar risklidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, günəşli havalarda maye qəbuluna xüsusi diqqət edilməlidir: “Eyni zamanda, həzm sistemində problemi olan şəxslər də orqanizmlərini qorumalıdırlar.
O cümlədən, beyin qan dövrü pozğunluğu olan şəxslər də günəşli, kəskin isti havalarda səhhətlərinə diqqət etməlidirlər”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB