ETSN-in regional idarəsinin rəhbəri dəyişib

ETSN-in regional idarəsinin rəhbəri dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbəri dəyişib.

SİA-nın məlumatına görə, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.

Əmrə əsasən, 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Şakir Məcid oğlu Quliyev tutduğu vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə həmin vəzifə Ceyhun Həsən oğlu Hüseynova həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə