Marneuli rayonunda uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirildi
04 iyul 2023-cü il tarixində Gürcüstan Respublikasının Marneuli rayonunda Azərbaycan Respublikası Milli Məclisinin, AFFA-nın, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin, SOCAR Georqia və Uşaq Gənclər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev İli” çərçivəsində uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı, Azərbaycan Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev, SOCAR Georqianın Sosial Layihələr Departamentinin rəisi Tofik Əliyev, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Marneuli şəhərinin meri Kənan Ömərov, Marneuli qubernatorunun müavini Kaxa Koberidze, məçqçilər, valideyinlər və rayon ictimayyətinin nümayyəndələri iştirak edib.
Tədbirdə çıxış edən Marneuli şəhərinin meri Kənan Ömərov, Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev, Milli Məclisin deputatları Rauf Əliyev, Arzu Nağıyev Ümummilli lider Heydər Əliyevin Azərbaycan və Gürcüstan arasında əlaqələrin inkişafında, xalqlarımız arasında dostluq münasibətlərinin daha yüksək səviyyəyə qalxmasında böyük rol oynadığını bildiriblər. Qeyd olunub ki, hazırda bu siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Tədbirdə iştirak edən 100 uşaq və yeniyetməyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Gələcəkdə belə tədbirlərin Gürcüstanın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB