Dövlət Xidmətinin Çağrı Mərkəzinə 4397 müraciət daxil olub

Dövlət Xidmətinin Çağrı Mərkəzinə 4397 müraciət daxil olub

Cari ilin yanvar-may ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi vasitəsilə 4397 müraciət daxil olub. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, daxil olan müraciətlərdən 4329-u cavablandırılıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi və qurumlarına "195-1" qaynar xətti vasitəsilə ölkənin istənilən regionundan birbaşa zəng etmək olar. Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə