Səfərbərlik Xidmətinin daha iki rayon şöbəsində əməliyyat keçirilib

Səfərbərlik Xidmətinin daha iki rayon şöbəsində əməliyyat keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin daha iki rayon şöbəsində əməliyyat keçirilib.

SİA xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən Cəlilabad və Laçın rayon şöbələrində əməliyyat tədbiri keçirib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən fakt təsdiq edilib.

Qeyd edək ki, idarə əməkdaşları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində əməliyyat keçirilib, şöbə rəisi saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə