“Qida rasionumuzda hər gün bol-bol vitamin və minerallarla zəngin olan və makro və mikro elementləri özündə birləşdirən qidalar olmalıdır. Makro elementlər karbohidrat, yağlar, zülallar hesab olunur. Mikro elementlər isə vitamin, minerallar və orqanizm üçün lazımlı olan maddələrdən ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, gün ərzində enerjili olmağımız üçün bu elementlərdən 70-ə qədər qəbul etməliyik: “Buna görə də, ilk növbədə, səhər yeməyində zülal mənşəli qidalardan, süd məhsulları və yumurtaya yer verilməlidir. Yumurta demək olar ki, gün ərzində insan orqanizminin zülal ehtiyacını ödəyəcək. Bütün bunlardan sonra karbohidrat əsas enerji verən elementlərdən hesab olunur. Bu zaman da faydalı karbohidratlardan istifadəyə diqqət etməliyik. Yaxşı olar ki, səhər yeməyində tam buğda unundan olan çörəkdən istifadə edilsin. Eyni zamanda, çərəzlərin tərkibində də insan orqanizmi üçün faydalı olan karbohidratlar var.
Ət və ət məhsullarının qəbulu zamanı da mənşəyi bəlli olan yerdən alınmasına diqqət edilməlidir. Həftədə iki dəfə qırmızı, iki dəfə quş ətlərindən istifadə tövsiyə olunandır. Balıqdan isə həftə ərzində 2-3 dəfə istifadə orqanizm üçün faydalıdır.
Gün ərzində tərəvəz qəbulunu da diqqət edilməlidir. Tərəvəz qəbulu xüsusi olaraq immun sistemini gücləndirir.
Meyvələr də orqanizm üçün xüsusi əhəmiyyət kəsb edir. Şirin tərkibli meyvələrin günün birinci yarısında qəbul edilməsi daha məqsədəuyğundur.
Mütləq şəkildə hər bir insan orqanizmin günlük maye balansını təmin etmək üçün su içməlidir. Ortalama olaraq gün ərzində 7-8 stəkan su içilməsi tövsiyə olunur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB